DӘMİRYOL TUNELİ – dəmiryol nəqliyyatıны yol boyunca yüksəkliklərdən (dağ tuneli), yaxud su maneələrindən (sualtı tunel), eləcədə şəhər tikililərindən (şəhər tuneli) keçirmək üçün tunel. Ilk D.t. 1830 ildə B.Britaniyada Liverpul– Mançester xəttində (tunelin uz. 1190 m) tikilmişdir. D.t. biryollu, yaxud ikiyollu tikilir. Д.й.-нда гatarlarын ikiйоллу hərəkəti тяшкил olунаркян iki biryollu tuneldən çox, bir ikiyollu tunelin tikintisinə üstünlük verilir; bununla işlərin həcmi və dəyəri azalır, vеntilyasiya, suötürmə sistemləri və s. sadələşir. D.t. planda düz, yaxud əyrixətli (əyriliyin minimal radiusu 350 m) sahələrdə salынır. Dağ D.t.-nin birenişli və ikienişli uzununa profili ola bilər; enişlərin maks. mailliyi d.y.-nun kateqoriyasından asılıdır. D.t. süni ventilyasiya (uz. 300 m-dən çox olduqda), rabitə, siqnalvermə, suötürmə sistemləri, yanğından mühafizə vasitələri və s. ilə təchiz edilir. İşçilərin daldalanması üçün D.t.-nin hər iki tərəfdəki divarlarında bir-birindən 60 m aralı, eni 20 m, hünd. 2,5 m və dərinliyi l m olan yerlər düzəldilir; alətlərin saxlandığı 4,0×2,8×2,5 m ölçülü kameralar hər tərəfdən 300 m-dən bir, şahmat qaydası ilə yerləşdirilir. İstismarda olan D.t.-lərindən Seykan (Yaponiya, 53,8 km), La-Manş (Fransa – B.Britaniya, 50,5 km), Löçberq (İsveçrə, 34,5 km) ən uzun tunellərdəndir.