DӘMYӘ GORARXI – Gürcüstanın Kvemo Kartli mahalının Marneuli bələdiyyəsi ərazisində azərb.-ların yaşadığı kənd. Marneulidən 30 km c.-q.-də, dəniz səviyyəsindən 420 m yüksəklikdə yerləşir. Әh. 1815 (2002); əkinçiliklə məşğuldur. Kənddə 1923 ildən Azərb. dilində məktəb fəaliyyət göstərir.