Azərbaycan Milli Ensiklopediyası
VI CİLD (ÇİNÁB, Çenab - DƏMİRÇİYEVA)
    DƏNİZ DUZU

    DӘNİZ BUZU – dəniz və okean sularının donmasından yaranan buz. Fiziki xüsusiy­yətlərinə görə D.b. buzlaq və çay buzların­dan xeyli fərqlənir. Adətən duzluluğu 35‰ olan dəniz suyu –1,9°C-­də donur; –2,3°C­-dən yuxarı temp­rda əriməyə başlayır. D.b.­-nun sıxlığı onun duzluluq və məsaməlilik dərəcəsindən asılıdır; 850–940 kq/m3 ara­sında dəyişir. Sıxlığının az olması nəticə­sində D.b.­nun 1/7–1/10 hissəsi su sət­hindən yuxarıda olur. Tərkibindəki duza görə D.b.­-u şirin su buzuna nisbətən daha elastik və çətin parçalanandır; şəffaflığı az­dır. Yaşına görə ilkin, cavan və çoxillik D.b.­-na ayırırlar. Bu buzlar möhkəmliyinə, duzluluğuna və qalınlığına görə fərqlənir­lər. Yerinə və mütəhərrikliyinə görə isə D.b. 3 tipə bölünür: hərəkətsiz, üzən (Cənub yarımkürəsinin axınla üzən buzları – aysberq­lər) və çoxillik qalın buzlar.

    D.b. Yer kürəsinin qütb sahələrində ge­niş yayılmışdır. İl boyu Şimal Buzlu okea­nın mərkəzi hissəsində və onun kənar dənizlərinin şm. r­-nlarında, həmçinin An­tarktida ətrafında D.b.­-na rast gəlinir. D.b.­-nun orta ömrü Şimal yarımkürəsində 1,3 il, Cənub yarımkürəsində 0,8 ildir; yayılma sahəsi mövsümdən asılı olaraq kəskin də­yişir: 9–11 mln. km2 Şimal yarımkürəsində, 2–19 mln. km2 Cənub yarımkürəsində. Orta hesabla D.b. 25 mln. m2 sahəni örtür ki, bu da Dünya okeanı sahəsinin 7,2%-­i demək­ dir. D.b.­-nun orta qalınlığı təqr. 1,5 -dir. Son illər iqlimin qlobal istiləşməsi ilə əla­ qədar D.b.­-nun yayılma sahəsi və qalınlı­ğında azalma tendensiyası baş verir.

    Əd.:
    З у б о в Н.Н. Классификация и термино­ логия льдов, встречающихся в море. Л., 1954; М и х а й л о в  В.Н., Д о б р о в о л ь с к и й А.Д., Д о б р о л ю б о в С.А. Гидрология. 3 ­е и з д. М., 2008.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ÇİNÁB, Çenab – DƏMİRÇİYEVA