Azərbaycan Milli Ensiklopediyası
VI CİLD (ÇİNÁB, Çenab - DƏMİRÇİYEVA)
    DƏNİZ GEOFİZİKİ KƏŞFİYYATI

    DӘNİZ GEOFİZİKİ KӘŞFİYYATI – dəniz geofizikası üsulları ilə akvatori­yalarda faydalı qazıntıların axtarışı və kəşfiyyatının aparılması, həmçinin mühəndis geologiyası məsələlərinin həlli. D.g.k. kontinentlərin şelf və yamaclarında və Dünya okeanı yatağında geofiziki aparat­ larla, radionaviqasiya vasitələri ilə, daxil olmuş məlumatları emal etmək üçün bort kompyuterləri ilə təchiz olunmuş ekspe­disiya gəmiləri vasitəsilə yerinə yetirilir. Sahilyanı zonalarda qurudan dəniz və oke­anların dibinə doğru uzanan perspektivli yataqların (Baltikayanı ərazilərin kəhrəbalı gil layları, Saxalinin kömürlü layları və neftli strukturları, Xəzəryanı ovalığın və Şimali Xəzərin neftli­-qazlı strukturları, Yamal y-­a-­nın qaz yataqları və s.) kəşfiyyatı aparılır. Ağır mineralların dəniz və okean­ların sahilyanı zonalarında, iri çayların del­talarında formalaşan səpinti yataqlarının kəşfiyyatında kompleks geofiziki üsullar tətbiq olunur. Şelf akvatoriyalarında dəmir filizi və mis­nikel yataqlarının axtarışında dəniz maqnit kəşfiyyatından istifadə ol­unur. Dünya okeanının dərinliklərində də­mir­manqan konkresiyası, rift zonalarında massiv sulfid filizi yataqlarının sistemli kəşfiyyatı aparılır; kəşfiyyatın ilk mərhələ­sində kompleks geofiziki üsullarla yatağın konturları müəyyənləşdirilir, sonrakı mərhələdə isə geol. sınama (nümunəgötürmə) işləri yerinə yetirilir. Şelf və kontinent ya­ maclarında neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı geol., geofiziki, geokimyəvi üsullar kompleksi və buruq qazıması ilə müşayiət olunur. Akvatoriyalarda neft və qaz yataqlarının birbaşa axtarışında həmçinin yüksəkdəqiqlikli dəniz maqnit qradi­yenti planaalmasından istifadə olunur.

    Dəniz maqnit kəşfiyyatı həmçinin mühəndis geologiyası məsələlərinin həllində, ilk növbədə sualtı obyektlərin (batmış gə­milərin, təyyarələrin, minaların və s.) aşkar olunmasında geniş tətbiq olunur.

    Əd.:
    Ш а п и р о в с к и й Н.И., Г а д ж и е в Р.М. Морская геофизическая разведка. Баку, 1962.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ÇİNÁB, Çenab – DƏMİRÇİYEVA