DӘNİZ GEOMORFOLOGİYASI–geomorfologiyanın okean və dəniz dibinin, sahillərin relyefini, onun formasını, əmələ gəlməsini, tarixini və inkişaf dinamikasını öyrənən bölməsi. İki istiqamətdən: dəniz sahillərinin geomorfologiyasından (litosfer, hidrosfer, atmosfer və biosferin qarşılıqlı əlaqə zonası) və dəniz dibinin geomorfologiyasından (litosfer və hidrosferin qarşılıqlı əlaqə sahəsi) ibarətdir. D.g. sahilləri, okean və dəniz dibini formalaşdıran amilləri (dalğalar və onların yaratdığı dalğa axınları, dib axınları və s.), həmçinin bu zonalarda gedən abraziya, akkumulyasiya və s. prosesləri tədqiq edir.