DӘNİZKӘNARI ALP DAĞLARI (fr.AlpesMaritimes, ital. Alpi Marittime) – Fransa və İtaliya ərazilərində, Alp d-rı sistemində dağ silsiləsi. Təqr. 150 km məsafədə uzanır. Hünd. 3297 m-ə qədərdir (Arcentera d.). Әhəngdaşı, gil, mergel və şistdən ibarətdir. Aralıq dənizinə doğru uçurumludur; dənizdən Rivyera sahilboyu zolağı ilə ayrılır. İynəyarpaqlı və enliyarpaqlı meşələr, subalp və Alp çəmənləri var.
Дянизкянары Алп даьлары (Аръентера даьы, Италийа).