DӘRBӘND – İrəvan qub.-nın Aleksandropol (Gümrü) qəzasında (31.12.1937 ildən Düzkənd, 7.12.1945 ildən Axuryan r-nu), Arpa çayı sahilində azərb.-ların yaşadığı kənd. 1826–29 illərdə Rusiya-İran, Rusiya-Türkiyə müharibələri zamanı kənd dağıdılmış, əhalisi qovulmuş, kəndə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 7.12.1945 ildə kəndin adı dəyişdirilərək Getk qoyulmuşdur.