DӘRCAN, D i r c a n – İrəvan xanlığının Zəngibasar mahalında (31.12.1937 ildən Zəngibasar, 14.1.1969 ildən Masis r-nu), Zəngi çayının sağ sahilində azərb.-ların yaşadığı kənd. 1826–28 illər Rusiya-İran müharibəsi nəticəsində kənd tamamilə dağıdılmışdır.