DӘRӘ – İrəvan xanlığının Göyçə mahalında (9.9.1930 ildən Basarkeçər, 11.6.1969 ildən Vardenis r-nu), Basarkeçər–Şorca yolu üstündə azərb.-ların yaşadığı kənd. 1918–20 illərdə erməni daşnaklarının Göyçə mahalına hücumu zamanı mahalın Ağzıbir, Hacı Muxan, Ağqala, Әyrivəng k.-lərindən qovulmuş azərb. qaçqınlar Basarkeçər ərazisinə keçərək burada Dərə k.-nin əsasını qoymuşlar. 1988 ildə əhalisi qovulmuş, 19.4.1991 ildə isə adı dəyişdirilərək Daranak qoyulmuşdur.