Azərbaycan Milli Ensiklopediyası
VI CİLD (ÇİNÁB, Çenab - DƏMİRÇİYEVA)
    DƏRƏ

    DӘRӘ – xətti uzanan mənfi relyef forma­sı. Çayların eroziya fəaliyyəti nəticəsində yaranır. D.­-nin ilkin formaları müvəqqəti su axarlarının yaratdığı şırım, qobu və yarğan­lardır. D. əsas və ona qovuşan yan dərəyə bölünür; yan D.­-yə isə öz növbəsində üçün­cü, dördüncü və s. dərəcəli D.-­lər birləşir. D. yamac və dib hissələrə ayrılır. D.­-nin köklü süxurlardan təşkil olunmuş ya­macları hündür və ya alçaq, dik, yaxud az­ meyilli, profildə pilləli (terraslı), düz, batıq, qabarıq ola bilər. Yamaclar dikliyinə və formasına görə eyni olduqda, belə D. sim­metrik (V-­varı, U-­varı və s.), müxtəlif ol­duqda asimmetrik adlanır. Koriolis qüvvəsi hesabına asimmetrik D.­lərin Şimal yarım­ kürəsində adətən sağ, Cənub yarımkürəsin­də isə sol yamacları daha dikdir. D.­-nin dibi ilk mərhələdə kələ-­kötür olur, getdikcə düzəlir və çay çöküntüləri (allüvium) ilə ör­tülür. Mənşəyinə görə D. tektonik və ero­zion tiplərə ayrılır. Tektonik­-struktur cəhətdən antiklinal, sinklinal, monoklinal və s. D. var. Orta Asiyadakı Alay, ABŞ-­dakı Kaliforniya D.­-si tektonik D.-­dir. Tektonik quruluşla əlaqədar eninə (qırışığın oxuna perpendikulyar), uzununa (qırışıqların uzan­ma istiqamətində) və diaqonal D. ayrılır. Erozion D. axar suların yuyucu fəaliyyəti nəticəsində əmələ gəlir. Bəzən çaylar dağ zəncirlərini çəpinə kəsib keçir və erozi­yasının intensivliyindən asılı olaraq ante­sedent dərələr yaradır (məs., Himalay d­-rın­da Hind, Sətləc və Brahmaputra, Sayan d­-rında Yenisey, Stanovoy yaylasında Vitim və Olyokma, Qaraməryəm tirəsində Girdi­man D.­ləri və s.). Dağ və düzənlik D.­-ləri də morfologiyasına görə bir­birindən fərq­lənir. Dağ D.-­ləri dərin, nisbətən dar, ya­macları çoxmeyilli, düzənlik D.­-ləri isə ge­niş, dayaz, yamacları azmeyillidir. Dəniz­lərin şelf zonasında iri çay D.-­lərinin sualtı davamına da rast gəlinir (məs., Hudzon, Missisipi, Konqo). D.-­lərin geomorfoloji təhlilinin həmin ərazinin müasir inkişafının öyrənilməsində, səpinti faydalı qazıntı ya­ taqlarının aşkar edilməsində, hidrotexniki qurğuların, SES və suvarma
    kanallarının planlaşdırılmasında böyük əhəmiyyəti var.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ÇİNÁB, Çenab – DƏMİRÇİYEVA