DӘRӘ BUZLAĞI – dağ dərələri boyu enən buzlaq növü. Morfoloji cəhətdən iki müxtəlif hissədən ibarətdir: firn hövzəsindən qidalanan üst və ablyasiyanın üstünlük təşkil etdiyi alt – buzlaq dili hissələrindən. Sadə (bir buzlaq dilindən ibarət) və mürəkkəb (haçalanan dillər şəbəkəsindən ibarət) D.b.-nı ayırırlar. D.b.nın uz. onlarla km-ə (Alyaskada Habbard buzlağı – 112 km, Avrasiyada Fedçenko buzlağı – 77 km), eni bir neçə km-ə çatır. D.b.-ları daima hərəkətdədir; onların illik sürəti onlarla və yüzlərlə m təşkil edir.