DӘRӘÇİÇӘK, K o n s t a n t i n o v k a – İrəvan xanlığının Dərəçiçək mahalında (9.9.1930 ildən Axta, 30.6.1959 ildən Razdan r-nu), Dəllər çayının sahilində, Zincirli (Misxanlı, Әlibəy) d.-nın ətəyində azərb.-ların yaşadığı kənd. 19 əsrin ortalarında kəndin azərb. əhalisi qovulmuş, burada Qafqaza köçürülmüş ruslar yerləşdirilmiş və kəndin adı dəyişdirilərək Konstantinovka qoyulmuşdur. Sonralar kəndə xaricdən gəlmə ermənilərdə yerləşdirilmişdir. Sovet dövründə kəndin adı dəyişdirilərək Tsaxkadzor qoyulmuşdur.