DӘRӘKӘND, D ə r ə l ə r, D a r a x k ə n d – İrəvan qub.-nın Şərur-Dərələyəz qəzasında (15.10.1931 ildən Paşalı, 12.10.1956 ildən Әzizbəyov, 19.4.1991 ildən Vayk r-nu) azərb.-ların yaşadığı kənd. 1918 ildə kənd ermənilər tərəfindən dağıdılmış, əhalisinin bir hissəsi qətlə yetirilmiş, sağ qalanlar qaçqın düşmüşlər. 1922 ildə kənd əhalisinin bir hissəsi geri qayıtsa da, az sonra onlar da sıxışdırılıb çıxarılmışdır. 1928–29 illərdə kənd ləğv edilmişdir.