DӘRӘKӘND – Yelizavetpol (Gəncə) qub.-nın Zəngəzur qəzasında (9.9.1930 ildən Qarakilsə, 2.3.1940 ildən Sisyan r-nu), Bazarçayın sol sahilində azərb.ların yaşadığı kənd. 1918 ildə kənd erməni təcavüzünə məruz qalmış, əhalisi qovulmuşdur. 1940-cı illərdə kənd ləğv edilmişdir.