DӘRӘKӘND – Azərb. Resp. Xocavənd r-nunda kənd. Dərəkənd ə.d.-nin (Dərə kənd, Şahyeri k.-ləri daxilıdir) mərkəzi. R-n mərkəzindən 59 km c.-q.-də, Qarabağ silsiləsinin yamacındadır. Әh. 65 (2011); işğaldan (1992, oktyabr) əvvəl əkinçilik və heyvandarlıqla məşğul olmuşdur. Səkkizillik məktəb, klub, kitabxana, feldşer-mama məntəqəsi var idi.