DӘRӘKӘND – Azərb. Resp. Qobustan r-nunda kənd. Dərəkənd ə.d.-nin mərkəzi. R-n mərkəzindən 6 km c.-da, Bakı–Qazax avtomobil yolundan 1,2 km aralı, Zəngidərə çayının (Pirsaat çayının qolu) sahilindədir. Әh. 439 (2011); əkinçilik (taxılçılıq) və heyvandarlıqla məşğuldur. Tam orta məktəb, klub, kitabxana, tibb məntəqəsi; məscid var.