DӘRӘKÖY, Dərəkənd – İrəvan qub.-nın Aleksandropol (Gümrü) qəzasında (31.12.1937 ildən Qızılqoç, 4.1.1938 ildən Verin Qukasyan, 12.10.1956 ildən Qukasyan r-nu), Leylidağın ətəyində, Arpa çayı sahilində azərb.-ların yaşadığı kənd. 1826–29 illərdə Rusiya-İran, Rusiya-Türkiyə müharibələri zamanı kənd böyük dağıntılara məruz qalmış, əhalisi qovulmuşdur. 1840-cı illərdə kəndə gəlmə ermənilər köçürülmüşdür. 12.11.1946 ildə kəndin adı dəyişdirilərək Saragyuğ qoyulmuşdur.