DӘRӘQIŞLAQ – Azərb. Resp. Kəlbəcər r-nunun Dalqılınclı ə.d.-ndə kənd. R-n mərkəzindən 6 km şm.-q.-də, dağətəyi ərazidədir. Әh. 96 (2011); işğaldan (1993, aprel) əvvəl heyvandarlıq və tütünçülüklə məşğul olmuşdur. Səkkizillik məktəb, kitabxana, klub var idi.