DӘRӘLӘYӘZ – Naxçıvan xanlığında, indiki Ermənistan ərazisində tarixi Azərb. mahalı. Keşişkənd (3.1.1935 ildən Mikoyan, 6.12.1957 ildən Yeğeqnadzor rnu) və Paşalı (12.10.1956 ildən Әzizbəyov, 19.4.1991 ildən Vayk r-nu) r-nları ərazisini əhatə edirdi. Şm.-da Basarkeçər yaylası, ş.-də Zəngəzur silsiləsi, c.-da Әləyəz dağları, q.-də Səlim aşırımının yerləşdiyi hündür dağlarla əhatə olunmuşdur. Sah. 2304 km2 təşkil edirdi. 1920 ilə qədər D. mahalı Azərb.-ın tərkibində olmuşdur. 29.11.1920 ildə Zəngəzur, Göyçə mahalları ilə birlikdə D. mahalı da Azərb.-dan alınıb Erm.-a verilmiş və o vaxtdan ərazidə erməniləşdirmə siyasəti aparılmağa başlamışdır. 1988 ildə sonuncu azərb. kəndləri zorla boşaldılmış, əhalisi isə qovulmuşdur.