DӘRӘLӘYӘZ SİLSİLӘSİ – Azərb. Resp. Nax. MR ərazisindədir. Arpaçay ilə Naxçıvançay arasındadır. Ş.-də Zəngəzur silsiləsilə birləşir. Uz. 70 km, ən hündür zirvəsi Kükü d.-dır (3120 m). Q. hissəsi Pa leozoy və Mezozoyun çökmə süxurlarından (əhəngdaşı, qumdaşı, kvarsit, şist və s.), ş. hissəsi Paleogenin
çökməvulkanogen süxurlarından və Neogen lavalarından ibarətdir. Silsilə çox yerdə şaxələnmiş və çay dərələri ilə kəsilmişdir. Cəhri çayından (Naxçıvançayın sağ qolu) q.-dəki hissəsi qövs şəklində Araz çayına tərəf alçalır. Әsasən, dağçöl və dağçəmən landşaftı inkişaf etmişdir. Yay otlaqları var.