DӘRӘLİ – Azərb. Resp. Zəngilan r-nunun Canbar ə.d.-ndə kənd. R-n mərkəzindən 28 km şm.-q.-də, Oxçu çayının (Arazın sol qolu) sağ sahilində, dağ ətəyindədir. Әh. 100 (2011); işğaldan (1993, oktyabr) əvvəl heyvandarlıqla məşğul olmuşdur. Orta məktəb, kitabxana, klub var idi.