DӘRӘLİK MİNERAL SU BULAĞI – Azərb. Resp. Culfa r-nu (Nax. MR) ərazisində, Culfa–Naxçıvan avtomobil yolundan 2 km aralı, Әlincəçayın sol sahilindədir. Su 170 m dərinliyə qazılmış quyudan, Alt Miosen-Oliqosen yaşlı tuf qumdaşıdan çıxır; şəffaf, dadı xoşagələndir. Tempru 18– 21°C, debiti 150 m3 /sutka.
Balneoloji tərkibi:
Rn 350 maxe vahidi
∙ pH6,4 D150 m3/gün T18–21°C.
Suyu radonlu, karbon qazlı, az minerallaşmış, hidrokarbonatlı-natriumlu-kalsiumlu-maqneziumludur. Şimali Qafqazdakı “Pyatiqorsk” suyu tiplidir. Radonlu su bal neoterapiya amili kimi sinir və ürək damar sistemi, revmatizm və dəri xəstəliklərinin müalicəsində istifadə edilir.