DӘRӘLİK TUFQUMDAŞI YATAĞI – Azərb. Resp. Culfa r-nu (Nax. MR) ərazisində, Culfa ş.-ndən 15 km şm.-q.-dədir. Geol. quruluşunda Oliqosen yaşlı tufbrekçiya və tuf-konqlomerat laycıqlı tuf-qumdaşı iştirak edir. Tektonik cəhətdən Yaycı Әrəzin sinklinalının q. qanadında yerləşir. Sah. 0,2 km2, faydalı qatın
qalınlığı 25,6– 28,5 m-dir. Tufqumdaşı daxili divarların hörgüsündə istifadə edilir. Yatağın sənaye ehtiyatı 7538 m3-dir.