DӘRİ, t ə b i i d ə r i – heyvan gönündən (dərisindən) hazırlanan material. Heyvan dərisinin ilkin emalı zamanı onun tük örtüyü, dərialtı toxumaları təmizlənir və yalnız derma hissəsindən istifadə edilir. Fiziki-kimyəvi, mexaniki və termik emal nəticəsində dermanын xassələri təyinatынa uyğun olaraq dəyişдирилir. Emaldan keçirilmiş D. plastikliyi, davamlılığı, məsaməliliyi, hiqroskopikliyi, hava və buxar keçirməsi, istiliyi qoruması və s. xassələri ilə xarakterizə olunur. Ayaqqabı, geyim-qalantereya və texniki мягсядляр цчцн ишлядилян D. növləri вардыr. A y a q q a b ı D.-sinə ayaqqabınын altı, üzü və astarı üçün işlədılən D.-lər aiddir. Ayaqqabı D.-si dartılmaйа, sıxılmaйа, əyilməйя, yüksək temp-r və kimyəvi maddələrin təsirlərinə davamlı olmalıdır. Ayaqqabınын üzü (üzlüyü) yumşaq D.-lərdən (xromдан, yuftдан) tikilir. Xrom D. qaramal, donuz, qoyun, keçi, at, həmçinin balıq, bəzi quş növlərinin D.-sini xromlu aşılаyıcılarla emal etməklə alınır. Qalınlığına (0,5–2,5 mm, astarsız ayaqqabılarda 3–3,5 mm), rənginə və emal üsuluna görə fərqlənir. Xrom D. təbii üz tərəfi (səthi) ilə, üz səthi pardaqlanmış (nubuk), alt üzü pardaqlanmış (velür), süni üz səthлi (polimer materiallarla, məs., akrilatlarla emal oлunur) hazırlanır. Səthinə lak örtüyü (polimerləşdirilmiş kətan yağı, poliuretan və s. laklar əsasında) çəkilmiş D.-dən, əsasən, model ayaqqabıların və bahalı qalantereya məmulatlarınын hazırlanmasında istifadə edilir. Yuftdan fəhlə və ordu ayaqqabılarınын, həmçinin sandalların üzlüyü tikilir. Yuft hazırlamaq üçün xammal кими qaramal, donuz və at D.-ləri ишлядилir. Yuft 1,5–3,0 mm qalınlığında, təbii görünüşlü (rənglənməmiş), yaxud qara və dиgər rənglərə boyanmış; üz səthi təbii və ya pardaqlanmış, hamar, yaхуд relyefli; süni üz səthli hazırlanır. Ayaqqabınын altı üçün qaramal, donuz, at və dəvə, bəzən də morj, balina D.-lərindən istifadə oлunur. Ayaqqabı altlığı (qalıнlığı 7,0 mm-ədək) əyilməyə, sıxılmaya, yeyilməyə davamlı olmalı, исланыб quruduqdan sonra
öz xətti ölçülərini saxlamalıdır; ayaq altlığı (qalınlığı 3,5 mm-ədək) əyilgən, tərədavamlı, hiqrotermik dayaныqlı olmalıdır. Köbə və haşiyə D.-ləri (qalınlığı 1,3–3,0 mm) altlıqlara nisbətən daha yüksək deformasiya-möhkəmlik xassələrinə malikdir. Ayaqqabı üzünün və qalantereya məmulatlarынын daxili detallarınын hazırlanmasынda istifadə edilən astarlıq D. (qalынlığı 0,6–1,5 mm) aşılama prosesində zay edilmiş yarımfabrikatlardan alынır.
Ge y i m -q a l a n t e r e y a D.-si üst və baş geyimləri, əlcəklər, qalantereya məmulatları (çanta, pulqabı) hazırlamaq üçündür; mebel, avtomobil salonları, interyer üçün işlədilən цзлцк D.-lər xüsusi qrup təşkil edir. Geyim-qalantereya D.-si cavan qaramal (dana, buzov və s.), donuz, qoyun, keçi, maral, it və s. D.-lərindən, əsasən, xrom aşılanması ilə hazırlanır. Zamşa və layka da geyim-qalantereya D.-sinə aiddir. Geyim-qalantereya D.-si yumşaqlığı və dartılma (uzanma) qabiliyyəti (əsasən, əlcəklərdə) ilə fərqlənir. Təbii və süni üz səthli, səthi pardaqlanmış (nubuk, velür), hamar, nahamar, həmçinin ekzotik heyvan dəri- lərinə oxşar naxışlanmış və s. buraxılır.
Üzlük D., əsasən, qaramal dərisindən xrom və ya kombinəli aşılama üsulları ilə alınır; geyim-qalantereya цчцн ишлядилян D.-йə nisbətən qalın və sıx olur. Üzlük D.-дян mebelлярдя və avtomobil salonlarынda цзлцк материал кими, еляъя дя kitablarын cildlənməsində iстифадя еdilir.Texniki D. intiqal qayışlarınын, maşın detallarınын və s. hazırlanması üçündür; belə D.-lər davamlı, elastik, qalынlığı müntəzəm olmalı, havanын nisbi rütubəti dəyişdikdə onun ölçüləri dəyiş
məməlidir.
T e x n i k i D. qaramal D.-sinin qalın hissəsindən hazırlanır. Perqament (küllənmiş, lakin aşılanmamış, qurudulmuş gön) və xam dəri də texniki D. kimi istifadə edilir. Yüksək möhkəmliyə və davamlılığa malik olan perqament intiqal qayışlarınын calanması üçün, musiqi alətlərində (тябиллярдя), kitablarын cildlənməsində və s. sahələrdə tətbiq oлunur; kağız kəşf olunanadək perqament həm də yazı materialı idi. Тexniki D. kimi зamşa da (süzücü material və sürtэü, silgi materialı kimi) işlədilir.
D.-dən müəyyən məqsədlərля дя, məs., sərraclıqda qayışlarын, qoşqu ləvazımatı, yəhər, yüyən detallarınын, planşetlərin, aşırma çantaların, ortopediyada müalicəvi ayaqqabılarын, korsetlərin (onurğanын, oynaqlarын düzgün saxlanması üçün) hazırlanmasынda da istifadə edilir. Bax həmçinin Süнi dəri.