Azərbaycan Milli Ensiklopediyası
VI CİLD (ÇİNÁB, Çenab - DƏMİRÇİYEVA)
    DƏRİN SEYSMİK ZONDLAMA

    DӘRİN SEYSMİK ZONDLAMA (DSZ) – Yer qabığı strukturunu və mantiya qatının üst hissəsini (Moxoroviçiç sərhədinə qədər) partlayışlar, yaxud pnevmatik mənbələrlə yaradılan elastik dalğalar vasitəsilə öyrənən geofiziki tədqiqat üsulu; uzun profillər boyu aparılır. Prinsipcə DSZ Yer quru­luşunun tədqiqində zəlzələ dalğalarından istifadəyə əsaslanan metodlara yaxındır, bu səbəbdən onu çox vaxt partlayış seys­mologiyası adlandırırlar. DSZ üsulundan kontinent və okeanların tektonik rayonlaş­dırılmasında, həmçinin ərazilərin seysmik­liyinin öyrənilməsində istifadə edilir. Verilmiş profil boyu yerləşdirilmiş seysmik DSZ st.-­ları mənbədən xeyli uzaqda (200– 300 km-­ədək, nüvə partlayışından istifadə etdikdə 3000 km-­ədək) formalaşan sınmış və əks olunmuş dalğaları qeydə alır. St.­-lar mənbədən nə qədər uzaqlaşarsa təd­qiqatların dərinliyi də (adətən 40–70 km təşkil edir) bir o qədər artır. Dəniz DSZ­ sində dalğaların qeydiyyatı dib st.­-ları, ya­ xud hidrofon xətləri vasitəsilə aparılır.

    DSZ üzrə ilk işlər 1949–50 illərdə SSRİ­-də Q.A.Qamburtsevin rəhbərliyi ilə aparılmışdır. 1950-­ci illərin sonlarında bu işlər ABŞ və Avropada, 21 əsrin əvvəllərin­ də bütün materik və okeanlarda (Arktika və Antarktika da daxil olmaqla) aparılırdı. Әn böyük dərinlik (700 km-­ədək) Rusiyada nü­və partlayışından istifadə etməklə öyrənil­mişdir. DSZ­-nin əsas nəticəsi uzununa və eninə dalğaların dərinlik üzrə paylanması­nı göstərən sürət kəsilişləridir. Bu kəsilişlər vasitəsilə müxtəlif tərkibli və müxtəlif me­tamorfizləşmə dərəcəsinə malik süxur lay­larını ayırmaq mümkündür.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ÇİNÁB, Çenab – DƏMİRÇİYEVA