DӘRİNLİKÖLÇӘN, m a ş ы н q a y ı r m a d a – dəlik, oyuq (yuva) və s.-nin dərinliyini ölçmək üçün cihaz. Hesablama qurğusunun növündən asılı olaraq ştangen-Д.-я, mikrometrik və indikatorlu D.-lərə ayrılır; onların ölçmə həddi uyğun olaraq 200 və 320 mm (bölgüsü 0,05 mm), 500 mm (bölgüsü 0,1 mm), 150 mm (bölgüsü 0,001 mm) və 100 mm-dir (bölgüsü 0,01 mm). Ştangen-Д.-lərdə ölçü bilavasitə bölgüləri olan xətkeşlə aparılır, mikrometrik və indikatorlu D.-lər isə dəyişdirilən ölçü içlikləri (çubuqları) ilə təchiz edilir.