ENS (Enns) – Avstriyada çay. Dunayın sağ qolu. Uz. 320 km, hövzәsinin sah. tәqr. 6,1 min km2-dir. Başlanğıcını Alçaq Tauern Alp d-rından götürür; aşağı axını tәpәli düzәnlikdәdir. Aprel–mayda daşqınlar olur. Ortaillik su sәrfi 210 m3/san-dir. SES var. Ağac axıdılır. Aşağı axını gәmiçiliyә yararlıdır. Ştayr ş. E.-in sahilindәdir.