ENSEFALİT (yun. enkephalos – baş beyin) – beynin iltihabı; infeksion, infeksional lergik, allergik vә toksik etiologiyalı olur. Birincili (müstәqil) vә ikincili E. ayırd edilir. Birincili E. özündә epidemik, ağcaqanad, gәnә, en terevirus vә herpetik E.-lәri birlәşdirir, ikincili E. müxtәlif xәstәliklәrin (qrip, toksoplazmoz, qızılca, osteomielit vә s.) fonunda baş verir. E. baş beynin boz maddәsini zәdәlәdikdә polioensefalit, ağ maddәsini zәdәlәdikdә leykoensefalit, ağ vә boz maddәnin hәr ikisini zәdәlәdikdә isә panensefalit ad landırılır. Gedişinә görә kәskin, yarımkәskin vә xroniki E. olur. B i r i n c i l i E.-in sәbәbi yoluxmuş gәnәlәr vә ağcaqanadlarla keçәn viruslar, habelә Koksaki, herpes, qrip vә ya quduzluq viruslarıdır. Mikrob E.-ini sifilis vә sәpgili yatalaq törәdir. İ k i n c i l i E. qızılca, çiçәk, mәxmәrәk, malyariya, toksoplaz moz nәticәsindә, yaxud vaksindәn (göy öskürәk-difteriya-tetanus, çiçәk, quduzluq әleyhinә vaksinlәr) sonra ağırlaşma kimi inkişaf edә bilәr. E.-in bütün tiplәri üçün ümumi әlamәtlәr mövcuddur. Əksәr infeksion xәstәliklәrdә olduğu kimi, E. dә bәdәn temprunun yüksәlmәsi, mәdә-bağırsaq yolunun vә yuxarı tәnәffüs yollarının fәaliyyәtinin pozulması ilә müşayiәt olunur. Xәstә üçün başağrısı, qusma halları, epileptik tutmalar vә işıqdanqorxma xarak terikdir. E. zamanı müxtәlif ağırlıq dәrәcәli (zәiflikdәn vә yuxululuqdan komatoz vә ziyyәtә qәdәr) şüur pozuntuları baş verir. E. bәzәn simptomsuz, abortiv, yaxud ildırımsürәtli formalarda olur. Simptomsuz forma yüngül başağrısı, qızdırma vә başgicәllәnmә ilә keçir. Abortiv forma kәskin respirator xәstәliklәr vә ya mәdә infeksiyaları üçün xarakterik olan simptomlarla özünü göstәrir. Ən tәhlükәlisi bir neçә saatdan bir-iki günә qәdәr davam edәn vә ölümlә nәticәlәnәn E.-in ildırımsürәtli formasıdır. Ölüm, adәtәn, kәskin ürәk çatışmazlığı nәticәsindә baş verir. E.-in epidemik E konomo E.-i, gәnә E.-i, yapon E.-i, qrip E.-i, Koreya E.-i, suçiçәyi vә mәxmәrәk E.-i, herpetik E., toksoplazmoz E.-i növlәri vardır. Epidemik Ekonomo E.-i hava-damcı vә tәmas yolu ilә keçәn virusla törәnir. Xәstәnin temp-ru sürәtlә 39–40°C-ә qәdәr yüksәlir, güclü başağrısı, әzginlik, oynaqlarda ağrı hiss olunur, huşu itir. Hәmçinin yuxunun uzunmüddәtli pozulması (hiperso mniya, yuxusuzluq), taxikardiya, tәnәffüs ritminin pozulması, çox tәrlәmә kimi simp tomları da olur. Gözün hәrәki pozuntuları nәticәsindә çәpgözlülük, baxışın iflici, diplopiya inkişaf edir. Çox vaxt psixi pozuntular müşahidә olunur, xәstә sayıqlayır, yaxud eyforiya vәziyyәtinә düşür. Gәnә E.-i mövsümi birincili virus E.-i -nә aiddir. Virusun keçiricisi tayqada vә meşәdә rast gәlinәn yoluxmuş gәnәlәrdir. Xәstәlik güclü başağrısı, qusma, temp-run yüksәlmәsi vә işıqdanqorxma ilә başlayır. Qıcolma tutmaları, epilepsiya, boynun iflici dә ola bilir. Yapon E.-i (E.B) virusla yoluxmuş ağcaqanadlarla keçir. İnsan vә quşlar da virusun daşıyıcısı ola bilәr. İnkubasiya dövrü 3 gündәn 27 günә qәdәrdir. Xәstәlik yüksәk temp-r (40°C-dәn yu xarı), üşütmә, ürәkbulanması vә qusma, әzәlә zәifliyi vә ağrıları ilә başlayır. Şüur pozulması, qıcolma tutmaları, әtrafların dar tılması, kәllә sinirlәrinin zәdәlәnmәsi (bulbar iflic) mümkündür. Qrip (toksik-hemorragik) E.-i qripin fonunda baş verir. Simptomlar güclü başağrısı, ürәkbulanması, başgicәllәnmә, әzәlә ağrıları, çәkinin azalması, yuxu pozulmaları ilә özünü göstәrir. Beynin belә iltihabi xәstәliyi epileptik tutmalara, iflicә, yaxud komaya sәbәb ola bilir. Qızılca E.-i (ensefalomielit) qızılca sәpmәsindәn 3–5 gün sonra baş verir. Xәstәnin ümumi vәziyyәti ağırlaşır, temp-r yüksәlir, zәiflik vә yuxululuq hәrәkәtsizliyә (soporoz vәziyyәt), yaxud komaya keçә bilir. Bәzәn әksinә, xәstә hәddindәn artıq hәyәcanlanmış olur, özündәn çıxır, onda epileptik tutmalar başqaldırır. Xәstәlik kәllә sinirlәrini, xüsusilә görmә vә üz sinirlәrini zәdәlәyir, iflic, xoreya, ataksiya ilә nәticәlәnir. Suçiçәyi vә mәxmәrәk E.-i xәstәliyin ikinci–sәkkizinci günü baş verir. Sinir sistemi zәdәlәnir, insan әzgin, yuxulu olur, epileptik tutmalar, әtrafların iflici, hәrәkәtlәrin koordinasiyasının pozulması müşahidә edilir. Herpetik E. herpes virusları ilә törәdilir. O, baş beyin qabığını vә ağ maddәni zәdәlәyir. Belә virus orqanizmdә uzun müddәt qaldığına görә herpetik E. “lәng” in feksiya sәciyyәsi alır. Xәstәliyin kәskin forması temp-run yüksәlmәsi, başağrısı, qusma, şüurun pozulması, epileptik tutmalarla xarakterizә edilir. Sinir sistemi zәdәlәndiyinә görә insan mәkan vә
zaman oriyentasiyasını itirir, hәrәkәt xaotiklәşir, afaziya vә apraksiya müşahidә olunur. Toksoplazmoz E.-inә kәskin formada az tәsadüf edilir vә temp-run yüksәlmәsi ilә üzә çıxır. Bu növ E. fonunda pnevmoniya, miokardit, konyunktivit vә monositoz inkişaf edir. M ü a l i c ә s i: xәstә dәrhal hospitalizә olunmalı vә daimi müşahidә altında saxlanmalıdır. Gәnә vә yapon ağcaqanad E.-i ilk mәr hәlәdә donor qamma-qlobulini ilә müalicә olunur, xәstәyә interferon vә digәr virus әleyhinә preparatlar verilir. İrinlimenin qoensefalit zamanı antibiotiklәr tәtbiq edilir; dezintoksikasiya vә dehidratasiya müalicәsi aparılır, askorbin turşusu, trental, kalsium preparatları tәyin olunur. Beynin ödemi zamanı kortiko steroidlәr istifadә edilir. E. bәzәn tәnәffüs çatış mazlığı yaradır vә xәstә ağ ciyәrlәrin süni tәnәffüsünә keçirilir. E.-dә qıcolmaya qarşı dәrmanlar, analgetiklәrlә bәrabәr, hәmçinin masaj vә müalicәvi bәdәn tәrbiyәsi mәslәhәt görülür. P r o f i l a k t i k a s ı: insanın vә heyvanların peyvәnd olunması, xәstәlik keçiricilәrinin mәhv edilmәsi. H e y v a n l a r d a E. infeksion, yaxud infeksion-allergik proseslәr nәticәsindә baş beynin iltihabi zәdәlәnmә sidir. Baş beynin vә onun qişalarının mürәkkәb zәdәlәnmәsi meninqoensefalit, baş vә onurğa beyninin zәdәlәnmәsi ensefalo mielit adlanır. Birincili E.-lәr (quduzluq, әtyeyәn heyvanlarda taun, pişiklәrdә infeksion peritonit) virusların, bakteriyaların (listerilәrin), ibtidailәrin (toksoplazmozların) vә prionların daxil olması ilә baş verir. İkincili E.-lәr irinli otit, sepsis, bakteriyemiyalar, travmalar (zәdәlәnmәlәr) kimi digәr xәstәliklәrin ağırlaşmaları şәklindә inkişaf edir. Heyvanların bәzi cinslәri meninqoensefalitә yoluxmağa daha meyillidir. Ekssudatın xarakterinә görә E. irinli vә irinsiz olur. Törәdicinin baş beynә düşmәsi, zәhәrli vә allergik proseslәr nәticәsindә beyindә perivaskulyar infiltratlar, beyin toxu masının ödemi, nöqtәvi qansız malar, aparıcı yolların demielizasiyası vә s. formasında reaksiyalar baş verir. E.-in kliniki әlamәtlәri ümumi beyin vә ocaqlı nevroloji simptomlarla müşahidә olunur; ataksiyalar, parezlәr, ifliclәr tipindә patoloji dәyişikliklәr baş verir. Müalicәsi antibiotiklәrlә aparılır.