Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ENSEFALOMİELİT

    ENSEFALOMİELÍT (ensefalit + yun. myelos – onurğa beyni), i n s a n l a r d a – baş vә onurğa beyninin toksiko-allergik vә ya virus etiologiyalı iltihabı. Baş vә onurğa beynindә çoxlu nekroz ocaqları, mielinin dağılması, damar-iltihabi reaksiya ilә meydana çıxır. E. uşaqlarda vә böyüklәrdә infeksiyalar, intoksikasiyalar zamanı inkişaf edә bilir, ya da müstәqil xәstәlik (birincili kәskin sәpәlәnmiş E.) kimi müşahidә olunur. E. baş vә onurğa beyninin neyrotrop viruslarla zәdәlәnmәsi nәticәsindә baş verәn birincili vә qabaqkı infeksiyalar fonunda, yaxud peyvәnddәn müәyyәn müddәt sonra inkişaf edәn ikincili olur. E.-in inkişafında virusun bәdәndә geniş yayılmasına orqanizmin cavabı olaraq baş verәn allergik reaksiyanın, yaxud autosensibilizasiyanın böyük rolu vardır. K ә s k i n  sәpәlәnmiş E. qәflәtәn, yüksәk temp-r, baş ağrısı, başgicәllәnmәsi, qusma, görmәnin aşağı düşmәsi, әtraflarda ağrı ilә başlayır. Xәstәlәrdә әzәlә tonusunun vә reflekslәrinin artması ilә әtrafların parezi vә iflici, yeriş zamanı yırğalanma ilә koordinasiya pozuntusu, incә hәrәkәtlәrin (yazmaq, yemәk, qabı tutmaq, paltarı düymәlәmәk, saçını daramaq, yuyunmaq) yerinә yetirilmәsinin qeyri-mümkünlüyü müәyyәn edilir, әtraflarda titrәmәlәr meydana çıxır. Çox vaxt yazını aydın vә intonasiya ilә oxumağı bacarmamaq, aydın olmayan tәlәffüz, yemәk zamanı çeçәmә, sidik ifrazetmәnin pozulması vә s. müşahidә edilә bilәr. 2–3 ay keçdikdәn sonra simptomların nisbәtәn geriyә inkişafı olur, lakin çox vaxt hәrәki vә koordinator pozuntular qalır. Xәstәliyi diffuz sklerozdan fәrqlәndirmәk çәtindir. Lakin diffuz skleroz üçün sinir toxumasında bir zәdәlәnmә ocağının digәri ilә әvәz olunması, qüsurun xәstәlik hәr dәfә kәskinlәşәrkәn tәdricәn dәrinlәşmәsi xarakterikdir. P r o q n o z E.-dә, adәtәn, arzu edilmәyәndir, çox halda davamlı qalıq әlamәtlәr (ifliclәr, parezlәr) olur.
    P e y v ә n d d ә n s o n r a k ı r a b i k  (q u d u z l u q) E.-i nadir hallarda inkişaf edir vә ikincili E.-ә aiddir. Quduzluğa qarşı peyvәndin başlanmasının 10–20-ci günündә baş vә onurğa beynin zәdәlәnmәsi, bәzәn periferik sinir vә köklәrin zәdәlәnmәsi ilә birlikdә olan simptomlarla aşkar edilir. Baş ağrısı, beldә ağrılar baş verir, temp-r yüksәlir. Bir neçә gün әrzindә әtrafların parez vә iflici inkişaf edir, vәtәr reflekslәri yüksәlir, patoloji reflekslәr meydana çıxır, sidik ifrazı aktı sidiyin tam lәngimәsinә qәdәr çәtinlәşir. Xәstәlәr әzәlәlәrdә ağrıdan şikayәtlәnir, sinir kötüyünün palpasiyası ağrısız olur, sinir köklәrinin dartılması zamanı ağrı kәskin güclәnir. Qanda leykositoz qeyd edilir, sidikdә albuminuriya olması mümkündür, onurğa beyni mayesindә zülalın vә hüceyrәlәrin orta dәrәcәdә dәyişmәsi baş verir. P r o q n o z: yüngül hallarda itirilmiş funksiyaların tam bәrpası, daha ağır hallarda davamlı nәticәlәr müşahidә olunur. M ü a l i c ә s i: xәstәdә E.-ә şübhә olduqda nevropatoloqa göndәrmәk lazımdır. Müalicә stasionar şәraitdә aparılmalıdır. E.-lә xәstәlәnmәnin bütün hallarında (birincili vә ikincili) vitaminlәr (әzәlә daxilinә 3%-li B1, 2,5%-li B6, B12 vitaminlәri, daxilә C vitamini) tövsiyә olunur. 10–20 gün әrzindә gündәlik 20–30 mq prednizolon (preparatın kәsilmәsi, dozanı tәdricәn azaltmaqla, ehtiyatla aparılır), habelә antihistamin preparatlar (adi dozalarda dimedrol, pipolfen, suprastin) vә dehidratasiya preparatları – әzәlә daxilinә 10 ml-dәn olmaqla 25%-li maqnezium-sulfat, daxilә gündә 3 dәfә 25 mq laziks tәyin edilir. Xәstәdә tәnәffüs pozuntuları baş verdikdә xüsusi tibbi stasionarlarda yardım göstәrilir. Ürәk dәrmanları, ağrıkәsici preparatlar tәtbiq olunur. E.-in p r o f i l a k t i k a s ı üçün peyvәnd zamanı soyuqlamadan vә ya bәdәnin hәddәn artıq qızmasından qorunmaq lazımdır, alkoqol qәbuluna qadağa qoyulmalıdır, peyvәnd olunmuş şәxslәr ağır fiziki işdәn vә gecә növbәsindәn azad edilmәlidir. Göstәriş olarsa, qamma-qlobulin vә ya hiperimmun qamma-qlobulindәn istifadә olunur.  E. h e y v a n l a r d a – baş beynin zәdәlәnmәsi ilә müşayiәt olunan infeksion xәstәlik. Törәdicisi viruslardır. Heyvanlar, adәtәn, qan soran cücülәrin sancmasından, yaxud bağırsağın infeksiyalı ifrazatı vasitәsilә yoluxur. Xәstәlik, әsasәn, cavan heyvanlara (8–10 aylıq) tәsir edir, yaşlı heyvanlar daha davamlı olur.  Əlamәtlәri mәrkәzi sinir sisteminin müxtәlif pozulmaları, gün әrzindә bir neçә qәfil sinir tutmaları, buna oxşar tutmalardan sonra yuxululuq, arxa (bәzәn dә ön) әtrafların parezi vә iflicindәn ibarәtdir. Anamnezә, kliniki әlamәtlәrә, laboratoriya vә kranioqrafiya kimi xüsusi tәdqiqat metodlarına, EEQ-ya, beyin vә
    onurğa beyni likvorunun (mayesinin) tәdqiqinә әsasәn diaqnoz qoyulur. Likvoru tәdqiq etmәdәn diaqnozu tәsdiq etmәk mümkün deyildir. Müalicәsi az zә hәrli, müәyyәn hәssaslığa malik antibiotiklәrlә aparılır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç