ÉNSXEDE (Enschede) – Niderlandın ş.-in dә, Overeysel әyalәtindә şәhәr. Əh. 158 min (2012). D.y. qovşağı. Aeroport. Tvente kanalı sahilindә port. Erkәn orta әsrlәrdә Köhnә bazar әtrafında yaşayış mәskәni kimi yaranmışdır. 1325 ildә şәhәr statusu almışdır. Əsasәn, taxta evlәrdәn ibarәt olan şәhәrdә bir neçә dәfә güclü yanğın (1517, 1750, 1862) baş vermişdir. 19 әsrdәn parça istehsalının iri mәrkәzinә çevrilmişdir. İkinci dünya müharibәsi illәrindә almanlar tәrәfindәn işğal olunmuş, 1944 ildә azad edil mişdir. Bәlәdiyyә teatrı (1955), Tvente Milli mu zeyi, Tvente un-ti (1961) vә s. var. Tvente sәnaye r-nunun mәrkәzidir. Toxu culuq, әsasәn, pambıq parça sәnayesi inkişaf etmişdir (işlәyәnlәrin tәqr. 1/3-i). Maşınqayırma (toxuculuq maşınları, na soslar, qaldırıcı avadanlıq), kimya, ayaq qabı, ağac emalı sәnayesi müәssisәlәri fәa liyyәt gös tәrir.