ENSİKLİKA (yun. ενκυκλιος – dairәvi) – Roma papasının bütün katoliklәrә, yaxud bir ölkәnin katoliklәrinә dini tәlim vә ictimai-siyasi mәsәlәlәrlә bağlı müraciәti. Katolik kilsәsinin kanonlarına görә, E. müzakirә olunmur vә mütlәq icra edilmәlidir. Adәtәn, latın dilindә yazılır vә mәtnin birinci sözü ilә adlandırılır. Erkәn xristian kilsәsindә yepiskopun etiqad mәsәlәlәrinә dair müraciәtlәri E. adlanırdı. Anqlikan kilsәsindә “E.” termini Lambet konfranslarının (Anqlikan kilsәlәri ittifaqının ali orqanı) müraciәtlәrini bildirir.