Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ENSİKLOPEDİYA

    ENSİKLOPÉDİYA (yun. ἐγκύκλιος παιδεία – biliklәr dairәsi) – bütün (univer s a l E.-lar) vә ya ayrı-ayrı (sahә E.-ları) bilik,  yaxud әmәli fәaliyyәt sahәlәri üzrә sistemli vә yığcam mәlumat verәn elmi vә ya elmi-populyar, universal soraq nәşri. Quruluşuna görә әlifba üzrә vә sistemli E.-lar, hәcminә görә isә böyük (bir neçә on cildlik), kiçik  (10–12 cildlik), qısa (4–6 cildlik) vә adәtәn ensiklopedik lüğәt adlanan 1–3 cildlik E.-lar olur.  E.-lar uyğun tematik plan (mәqalәlәrin ümumi hәcminin müxtәlif fәnlәr vә mәqalә tipi üzrә bölgüsü) vә sözlük (mәqalә hәsr olunmuş terminlәrin tam siyahısı) әsasında yaradılır. E.-da mәqalәlәr icmal, mәlumat, şәrh (yalnız definisiyadan vә әgәr digәr dildәn alınma sözdürsә, etimologiyadan ibarәt) vә isnad (digәr terminә ünvanlama) formalarında verilir. Əsasәn, hәcmcә bir- birindәn fәrqlәnәn ilk iki mәqalә növü E. üçün sәciyyәvidir; onlar mәsәlәnin mәğzi barәdә mühüm mәlumatı (elmi nәzәriyyәnin vә ya tarixi hadisәnin izahı, coğrafi, bioqrafik, statistik mәlumatlar vә s.) әhatә edir. Mәqalәnin mәtnindә, mәqalәnin sonunda, cildlәrin axırında vә yaxud xüsusi “biblioqrafik” cilddә verilәn әdәbiyyat siyahısı mövzu ilә bağlı daha dolğun vә әtraflı mәlumat әldә etmәyә imkan yaradır.  E.-da illüstrativ materiallar mühüm yer tutur. Çoxcildlik E.-ların, adәtәn, әlavә göstәricilәri olur. “E.” termininin mәnası tarix boyu dәyişilmişdir: antik cәmiyyәtdә 7 müstәqil sәnәt növü  (qrammatika, ritorika, dialektika vә ya mәntiq, hәndәsә, hesab, musiqi vә astronomiya), 16 әsrdә Qәrbi Avropada “müxtәlif mәzmunlu külliyyat”, sonralar 18 әsrәdәk biliklәrin tәsnifatı anlamında işlәdilmiş vә tәdricәn müasir mәnasını almışdır. “E.” sözü ilk dәfә 1620 ildә ensiklopedik әsәrin  (Alsted J.H., “Cursus philosophiae encyclopaedia”, Herborn) başlığında verilmişdir. E. sәciyyәli әsәrlәr hәlә e.ә. 12–10 әsrlәrdә Çindә, e.ә. 2-ci minilliyin 2-ci rübündә Qәdim Misirdә meydana gәlmişdir. Qәdim Yunanıstanda Demokritin vә Aristotelin әsәrlәri әhatәliliyinә görә E. xarakterli olmuşdur. Qәdim Romada ilk E.- lardan biri Mark Terensi Varronun 9 kitabdan ibarәt “Elmlәr” әsәri idi. Ərәb dilindә ilk E. Farabinin (870–950) “Biliklәr siyahısı” әsәri hesab edilir. İran alimi Zәkәriyyә Razinin (825–925 vә ya 934) “Tibb külliyyatı” vә 10 cildlik “Tibb kitabı” ensiklopedik xarakterlidir. İbn Sinanın (980–1037) dәri (qәdim fars-tacik) dilindә yazdığı “Danişnamә” tәzkirәsi, tәkcә Şәrqdә deyil, Avropada da böyük şöhrәt  qazanmış “Şәfa kitabı” geniş әhatәli ensiklopedik әsәrlәrdir. Türk alimi Daşköprüzadәnin (16 әsr) müxtәlif elm sahәlәri haqqında ensiklopedik mәlumat verәn “Sәadәt açarı” әsәri orta әsrlәrin (Şәrqdә hәtta 19 әsr dә daxil olmaqla) sistemli ensiklopediyaları tipinә yaxındır. 19–20 әsrlәrdә Şәrqdә geniş yayılmış ensiklopedi- yalardan Şәmsәddin Saminin (1850–1904) 6 cildlik  “Qamusi-alәmi”ni vә M.Ə. Dehxudanın (1879–1956) 50 cildlik “Lügәtnamә”sini göstәrmәk olar.  Avropada 17 әsrin sonu–18 әsrdә P. Beylin “Tarixi vә tәnqidi lüğәt”i mәşhur idi. 18 әsr fransız maarifçi fәlsәfәsinin görkәmli abidәsi olan “Ensiklopediya, yaxud Elm, incәsәnәt vә peşәlәrә dair izahlı lüğәt”in sonrakı ensiklopedik nәşrlәrә böyük tәsiri olmuşdur. 18–20 әsrlәrdә “Britaniya ensiklopediyası” (“Britannica”) vә s. nәşr edilmişdir. Rusiyada nәşr olunan E.-lar arasında әn mükәmmәli F.A.Brokhauz vә İ.A.Yefronun 82 әsas vә 4 әlavә cilddәn ibarәt “Ensiklopedik lüğәt”i (1890–1907) idi. A. vә İ. Qranat qardaşlarının “Ensiklopedik lüğәt”i dә o dövrdә geniş yayılmışdı. 20 әsrin әvvәllәrindә universal E.-larla yanaşı, sahә E.-ları (texniki, k.t., hәrbi vә s.) vә soraqçalar buraxılmış, әsrin  ortalarında isә universal E.-ların inkişaf meyillәri müәyyәnlәşmişdir. Elm vә texnikanın yeni sahәlәrinә böyük diqqәt yetirilir, yeni nәşrlәrlә yanaşı, materialların müxtәlif üsullarla yenilәnmәsi hәyata keçirilirdi (E.-nın davamı olaraq  “Ensiklopedik jurnal”ların, hәmçinin il әrzindә E.- nın әsas nәşrini yeni mәlumatlarla tamamlayan “Salnamә”lәrin buraxılması vә s.). E.-nın әldә edilmәsi asanlaşır, onlar kiçik formatlı, nazik kağızda, asan oxunan xüsusi şriftlәrlә çap olunmuş kitablarla әvәzlәnirdi. Azәrb.-da E. işinә 20 әsrin ortalarından tәkan verilmiş, 10 cilddәn ibarәt “Azәrbaycan Sovet  Ensiklopediyası” (1976–87) nәşr olunmuşdur. Çoxcildlik “Azәrbaycan Milli Ensiklopediyası”nın 2007 ildә “Azәrbaycan” xüsusi cildi, 2009–16 illәrdә isә 1– 7-ci cildlәri nәşr edilmişdir. 

    “Азярбайъан Милли Енсиклопедийасы”. Хцсуси “Азярбайъан” ъилди  

    (Aзярб. вя рус дилляриндя) вя 1–7-ъи cildlяr.

    “Британийа енсиклопедийасы” (“Британника”). 1–20-ci cildlяr.

    “Русийа Бюйцк Енсиклопедийасы” (БРЕ).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç