ENSTATİT [yun. ἐνστάτης – müqavimәt göstәrәn (çәtin әrimәsinә görә)] – rombik piroksenlәr qrupundan mineral, Mg2[Si2O6] E. izomorf sırasının sonuncu üzvü (ferrosilit). Prizmatik kristallar, dәnәli aqreqatlar әmәlә gәtirir. Rәngi yaşılın çalarları, bozumtul-ağ, boz, sarı, qonurdur. Şüşә, sәdәfi parıltısı var. Sәrtliyi 5–6, sıxlığı 3200–3500 kq/m3. E. maqneziumla zәngin maqmatik süxurların mühüm süxurәmәlәgәtirәn mineralıdır. Hidrotermal mәhlulların tәsirindәn serpentin vә talka çevrilir. Norveçdә (Telemarken), ABŞ-da (Tili-Foster) yataqları mövcuddur. Azәrb.- da Kiçik Qafqazın serpentinitlәrindә rast gәlinir.
Енстатит.