Azərbaycan Milli Ensiklopediyası
    ENTALPİYA

    ENTALPİYA (yun. έnθάλpω – qızdırıram), istilik tutumu, Gibbsin istilik funksiyası – sistemin halını tәyin edәn termodinamik potensial. H (S, p, N, xi) ilә işarә edilir; burada S entropiya, p tәzyiq,  N  –  sistemin  zәrrәciklәrinin sayı, xi – sistemin digәr makroskopik parametrlәridir. E. additiv funksiyadır, yәni bütün sistemin E.-sı onu tәşkil edәn hissәlәrin E.-ları cәminә bәrabәrdir. E. aşağıdakı kimi tәyin edilir:

    H = U + pV;                    (1)

    burada U – sistemin daxili enerjisi, V – hәcmidir. E.-nın tam diferensialı (N xi sabitdir)

    dH = TdS + Vdp  (2)

    şәklindәdir. (2) düsturundan sistemin temp- runu (T )  vә  hәcmini  tәyin  etmәk  olar: T = (dH/dS )p, V = (dH/dp)s. Sabit tәzyiqdә sistemin istilik tutumu cp = (dH/dT )p. E.- nın sabit tәzyiqdәki bu xassәlәri daxili enerjinin sabit hәcmdәki xassәlәrinә analojidir:

    T = (dU/dS )V, P = –(dU/dV )S,

    SV = (dU/dT )V.

    Sabit tәzyiqdә gedәn proseslәrdә sistemin E.-sının dәyişmәsi xaricdәn ona verilәn (vә ya ondan alınan) istilik miqdarına bәrabәrdir. Buna görә E. hәm dә istilik funksiyası   adlanır.  “E.”  terminini H. Kamerlinq-Onnes tәklif etmişdir.