ENTELÉXİYA (qәdim yun. έντελέχια, έντελής – tamamlanmış vә έχω – oluram; tam gerçәklik halında olma) – Aristotel fәlsәfәsindә әşyanın gerçәkliyini ifadә edәn iki termindәn biri (enerji ilә yanaşı); Aristotelin neologizmi. O, “Metafizika”da enerjini imkandan gerçәkliyә keçid, E.-nı bu prosesin nәticәsi kimi göstәrmiş, bәzәn isә onları sinonim kimi işlәtmişdir. Latın sxolastikasında (xüsusilә Foma Akvina- lıda) E. “actus” kimi tәrcümә olunur. Yeni dövr fәlsәfәsindә bu terminә Leybnitsdә rast gәlinir.