ENTELODONLAR – gövşәmәyәnlәr yarımdәstәsinin Entelodontidae fәsilәsindәn nәsli kәsilmiş mәmәli heyvan cinsi. Avrasiyanın Oliqosen çöküntülәrindәn mәlumdur. Begemot irilikdәdir (cidov hünd. 2 m-әdәk); kәllәsi uzundur (1 m-әdәk). Köpәk dişlәri iri, ön azı dişlәri kәsici, azı dişlәri çıxıntılıdır. E.-ın yan barmaqları güclü reduksiyaya uğramışdır. E. әsl donuzlarla (suida) müqayisәdә daha yırtıcı olmuşlar. 7 növü mәlumdur. E.-a yaxın cinslәr Şimali Amerikadan tapılmışdır.
Ентелодон (rekonstruksiya).