ENTERİT (qәdim yun. έντερον – bağırsaq) – nazik bağırsağın selikli qişasının itihabı. Müstәqil xәstәlik kimi E. az yayılmışdır. Əksәr hallarda E. yoğun bağırsağın (enterokolit) vә ya mәdә vә nazik bağırsağın (qastroenterit), yaxud mәdә-bağırsaq yolunun iltihabı (qastroenterokolit) ilә bir vaxtda tәsadüf edilir. E. gedişinә görә kәskin vә xroniki olur. Kәskin enterit bakteriya (vәba, salmonellyoz, qarın yatalağı) vә ya virus mәnşәli, toksiki maddәlәrlә (arsenlә, süleymani ilә), yaxud zәhәrli mәhsullarla (solğun әzvay göbәlәyi, bәzi meyvә çәyirdәklәri ilә, yeyilmәyәn gilәmeyvәlәrlә vә s.), kәskin әdviyyatlı, duzlu, yağlı qidanı çox yemәklә, spirtli içkilәr qәbul etmәklә, qida mәhsullarına vә ya dәrman maddәlәrinә qarşı allergiya sәbәbindәn baş verә bilәr. Kәskin E., adәtәn, ishal, ürәkbulanma, qusma vә qarında ağrılarla başlayır. Bәdәn hәrarәtinin yüksәlmәsi, baş ağrısı ola bilәr. Qarnın işlәmәsi ilk günlәr tez-tez baş verir, xәstәnin ümumi vәziyyәti zәif, rәngi solğun, dәrisi quru vә dilin üstü ağ әrplә örtülmüş olur. Qarın şişir, bağırsaqlarda qurultu qeyd edilir. Uzun sürәn ishal zamanı klinik susuzlaşma mәnzәrәsi inkişaf edir, ağır hallarda әzәlә qıcolması, yayılmış damardaxili laxtalanma sindromu baş verir. Müali cәs i: stasionar şәraitindә aparılmalıdır. Xәstәyә yataq rejimi, pәhriz qidalanması (mexaniki vә kimyәvi qoruyucu qida, karbohidratların vә yağların miqdarının mәhdudlaşdırılması), çoxlu maye qәbulu (lazım gәlәrsә dәri altına xörәk duzunun izotonik mәhlulu vә ya 5%-li qlükoza mәhlulu yeridilir), simptomatik vә ümumi möhkәmlәndirici müalicә tәyin olunur. Ağır disbakterioz inkişaf etdikdә bağırsaq florası dәrmanla korreksiya edilir, diareya büzücü dәrmanlarla aradan qaldırılır. Zülal mübadilәsi pozulduqda, bәdәnә polipeptid mәhlullar yeridilir.
Xroniki enterit kәskin E. yaxşı müalicә olunmadıqda, qidada zülal çatışmadıqda, vitamin (xüsusәn B1 vә A) az olduqda, qida yaxşı çeynәnmәdikdә, tez-tez quru vә yağlı xörәklәr yedikdә, mәdә şirәsi kifayәt qәdәr ifraz olunmadıqda, habelә qara ciyәr, mәdәaltı vәzi vә qurd xәstәliklәri nәticәsindә, uzun müddәt dәrman preparatları qәbul etdikdә baş verә bilәr. Xroniki E. zamanı ishal gündә 5 dәfәyә qәdәr (duru vә ya sıyıqtәhәr), tәrkibindә hәzm olunmamış qida qalığı olmaqla orqanizmin ümumi zәiflәmәsi ilә davam edir. Bundan sonra xәstәnin arterial tәzyiqi kәskin düşә, ürәkdöyünmә, başgicәllәnmә, әtrafların әsmәsi qeyd oluna bilәr. Bәzәn qarında şiddәtli ağrı, quruluq vә spazmalarla müşayiәt olunan defekasiya istәyi yaşılımtıl rәngli, cüzi sulu nәcis ifrazı ilә baş verir. Xroniki E.-dә dilin üstü ağ әrplә örtülü, kәnarlarında dişlәrin izi olur. Xәstәlik çox uzun sürdükdә orqanizmdә polihipovita- minoz, mineral maddәlәrin çatışmazlığı, zülal aclığı inkişaf edir. Bәdәn çәkisi azalır, distrofiya baş verir. Müa licәs i: kәskinlәşmә olduqda stasionarda aparılmalıdır. Xәstәyә yataq rejimi vә pәhriz qidalanması (zülalla zәngin, yağ vә karbohidratlar mәhdudlaşdırılmış – kәsmik, sıyıqlar, yağ- sız әt, yağsız balıq) tәyin olunur. Tәrkibindә tünd, turş vә hәzm sisteminin selikli qişasına zәrәr verәn maddәlәr olan mәhsullar, habelә çoxlu sellülozlu әrzaqlar, süd qida rasionundan çıxarılmalıdır. Yağın vә karbohidratların miqdarı tәdricәn artırılır. Xәstәliyin remissiya mәrhәlәsindә bütün lazımi maddәlәr, vitaminlәr vә minerallar olan balanslaşdırılmış pәhriz tәyin olunur. Ağır diareyalı pasiyentlәrә büzücü dәrmanlar, bürüyücü vә adsorbsiya edәn preparatlar vә antiseptiklәr verilir. Bu mәqsәd üçün fitoterapiyadan (çobanyastığı, adaçayı, dazıotu, meşә gilası vә qaragilә hәlimi) istifadә oluna bilәr. Disbakterioz probiotiklәr vә eubiotiklәr vasitәsilә kor- reksiya olunur.
Profilaktikası: sәmәrәli qidalanma, gigiyena qaydalarının gözlәnilmәsi, әrzaq mәhsullarının diqqәtlә emalı, qidada toksiki maddәlәr olan mәhsulların (yeyil- mәyәn göbәlәklәr vә gilәmeyvәlәr) qәbul edilmәmәsi, dәrman preparatlarının qәbulu zamanı ehtiyatlı olmaq. E.-lәrin qarşısının alınmasında hәzm sistemi xәstәliklәrinin, mübadilә vә endokrin pozuntularının vaxtında aşkar edilmәsi vә müalicәsi böyük әhәmiyyәtә malikdir.
Heyvanlarda E.-i doğuran sәbәblәr keyfiyyәtsiz yemlәr, rasionda çәtin hәzmolunan yemlәrin çoxluğu vә s.-dir. E. hәmçinin bәzi zәhәrlәnmәlәr vә infeksion xәstәliklәr zamanı (mәs., qaramal taunu) müşahidә olunur.