DӘRZİLİ – Azәrb. Resp. Cәbrayıl r-nunun Qumlaq ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 33 km c.-q.-dә, Araz çayının sol sahilindә, Gәyan düzündәdir. Әh. 295 (2011); işğaldan (1993, avqust) әvvәl taxılçılıq, üzümçülük, heyvandarlıq vә baramaçılıqla mәşğul olmuşdur. Әsas mәktәb, kitabxana, klub, tibb mәntәqәsi var idi.