ENTOMOLÓGİYA (yun. entoma – cücü + ...logiya) – zoologiyanın cücülәri öyrәnәn bölmәsi. Ü m u m i E. cücülәrin quruluşunu vә hәyat fәaliyyәtini, onların fәrdi inkişafını vә tәkamülünü, formalarının rәngarәngliyini, zamana vә mәkana görә Yer kürәsindә paylanmasını (yerlәşmәsini), mühitlә qarşılıqlı münasibәtini vә s. öyrәnir. T ә t b i q i E. (k.t., meşә, tibbi vә baytarlıq) k.t. bitkilәrinә vә әrzaqlara, meşә ağaclarına zәrәr verәn cücülәri, parazitlәri, qansoranları, insan, heyvan vә bitki xәstәliklәri törәdicilәrinin daşıyıcılarını, hәmçinin insanın istifadә etdiyi mәhsulları yaradan cücülәri, bitki tozlayıcılarını, torpaqәmәlәgәtirәnlәri vә entomofaqları araşdırır. E.-nın daxilindә koleopterologiya – sәrtqanadlıları, lepidopterologiya – pulcuqluqanadlıları, mirmekologiya – qarışqaları öyrәnәn vә s. bölmәlәr vardır.