Yelizavetpol (Gәncә) qub.-nın Zәngәzur qәzasında (9.9.1930 ildәn Qarakilsә, 2.3.1940 ildәn Sisyan r-nu), Bәrgüşad d-rının әtәklәrindә azәrb.-ların yaşadığı kәnd. 1905–06 illәrdә ermәni-daşnak hücumlarına mәruz qalmış, әhalisinin bir hissәsi köçüb Yevlax r-nunun Malbinәsi, Qoyunbinәsi k.-lәrindә mәskunlaşmışdır. 1918 ildә kәnd ermәnilәr tәrәfindәn yenidәn dağıdılmış, әhalisi isә qaçqın düşәrәk Culfa r-nunun Lәkәtağ k.-nә sığınmışdır. Sonradan kәnd әhalisinin bir hissәsi Qubadlı r-nunun Xocahan vә Füzuli r-nu nun Molla Mәhәrrәmli k.-lәrinә köç müşdür. 1921–22 illәrdә әhalinin bir qismi dәdә-baba yurdlarına qayıtmış, kәndi yenidәn bәrpa etmişdir. 1933 ildә baş verәn zәlzәlәdәn sonra kәnddәn 40–50 ailә Cәbrayıl r-nunun İşıqlı k.-ndә mәskunlaş mışdır. 1947 ildә D.-dә mis-molibden mә dә ninin işә salınması ilә әlaqәdar kәnd qәs.-yә çevrilmiş vә buraya xeyli sayda xaric dәn gәlәn ermәni ailәlәri köçürülmüşdür. 1988 ildә D.-in bütün azәrb. әhalisi kәnddәn qovulmuşdur.