Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ENUREZ

    ENURÉZ (lat. enuresis nocturma), g e c ә s i d i k b u r a x m a – uşaqlarda yuxu zamanı qeyri-iradi sidikburaxma ilә sәciyyәlәnәn xәstәlik. İlk dәfә İbn Sinanın “Tibb elminin qanunu” kitabında (11 әsr) dәqiq izahı verilmişdir. 5 yaşından kiçik uşaqların 15–20%-i, 10 yaşınadәk uşaqların 7–12%-i, 14 yaşınadәk uşaqların 2–5%-i E.-dәn әziyyәt çәkir. Qızlara nisbәtәn oğlan uşaqlarında 2–3 dәfә çox tәsadüf edilir. E. birincili vә ikincili olur. Birincili formasında E.-in simptomları erkәn yaşlardan üzә çıxır vә adәtәn, “quru gecәlәr” dövrü (3–6 ay) uzun sürmür. İkincili E. üçün xәstәliyin 6 aydan az davam edәn “quru gecәlәr” dövründәn sonra başlanması sәciyyәvidir. E.-in sәbәblәri irsi meyililik (50–75% uşağın yaxın qohumu E.-dәn әziyyәt çәkir), gecә sidik kisәsinin funksional hәcminin (sidikburaxmaya qәdәr sidik kisәsindә olan sidiyin hәcmi) az olması, perinatal ensefalopatiya, neyroinfeksiya, onurğa beyninin patologiyası, allergik (atopik dermatit, neyrodermit), endokrin (mәs., diabet), uroloji (mәs., fimoz, balanopostit) vә s. xәstәliklәr, patoloji hallar ola bilәr. M o n o s i m p t o m E. zamanı antidiuretik hormon çatışmazlığı ilә әlaqәdar digәr xәstәliklәrin simptomları müşahidә edilmir vә çox vaxt onurğa beyninin patologiyası ilә әlaqәdar olaraq (zәdә, sәpәlәnmiş skleroz, fәqәrәarası diskin yırtığı, fәqәrә qövslәrinin bitişmәmәsi vә s.) sidik kisәsinin nevrogen disfunksiyası ilә nәticәlәnәn p o l i s i m p t o m E. fәrqlәn dirilir. Uşaqların әksәriyyәtindә E. zamanı yuxu uzun müddәtli vә çox dәrin olur; çox vaxt hәrәki narahatlıqlar baş verir, somnambulizm adlanan yuxudadanışma (sayıqlama) vә s. tәzahür edir. Diaqnoz uşağın pediatr, uroloq, nevropatoloq, otarinolorinqoloq tәrәfindәn birgә müayinәsindәn, sidik, nәcis (helmint yumurtalarına görә) analizi, hәmçinin rentgenoloji vә molekulyar-genetik tәdqiqdәn
    sonra qoyulur. E.-in müalicәsi onun sәbәbindәn asılıdır; müalicә sinir vә hormonal pozuntuların korreksiyasına, sidikburaxmaya çağırış zamanı itirilmiş oyanma refleksinin yaradılması vә bәrpasına (mәs., zәngli saatın tәtbiqi) yönәldilmәlidir. Dәrmanla müalicәyә alfa-adrenoblokatorlar, antixolinesteraza vasitәlәri, M-xolinolitiklәr, antidiueretik hormon aiddir. 

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç