ENZOOTİK ENSEFALOMİELİT – xәzli heyvanların vә donuzların virus xәstәliyi; mәrkәzi sinir sisteminin zәdәlәnmәsi ilә müşayiәt olunur. Əsasәn cavan heyvanlar xәstәlәnir. Xәzli heyvanlarda ensefalomielit törәdicisi neyrotrop virusudur; donuzlarda E.e. törәdicisi RNT tәrkibili virusdur. Xәzli heyvanlardan tülkü, samur, tundra tülküsünün küçüklәri, donuzlarda südәmәr çoşqalar, anadan ayrılmış çoşqalar vә kökәldilәn cavan donuzlar yoluxur. Xәstәlik törәdicilәri xarici mühitә, әsasәn, xәstә heyvanların ağızsuyu vә burun seliyi, donuzlarda hәmçinin nәcis vә s. ifrazatlarla düşür. Xәzli heyvanlara tәnәffüs orqanları, donuzlara isә tәnәffüs yolları vә hәzmlә keçir. Xәzli heyvanlarda xәstәliyin әsas әlamәtlәri yeriyәrkәn sәntirlәmә, yıxılma, konvulsiv qıcolmalar, dodaqlarda köpüyün әmәlә gәlmәsi vә s.-dir. Xәstәlik kәskin gedişli olduqda heyvan 3–4 gündәn sonra ölür; yarımkәs kin gediş iştahanın pozulması, ishal (bәzәn qanlı) ilә müşayiәt olunur; simptomsuz gediş zamanı balasalma (abort) baş verir, doğulan kü çüklәrin hәyat qabiliyyәti olmur. Donuzlarda xәstәliyin
şiddәtlәnmәsi mәrhәlәsi әtrafların vә bir çox әzәlә qrupunun iflici ilә nәticәlәnir. Xәstәliyin kәskin gedişli mәrhәlәsi (sәmәrәsiz) xәstә heyvanların 90%-inin, yarımkәskin gedişi 40%-ә, xroniki gedişi 20%-ә qәdәrinin mәhvinә sәbәb olur. Xәzli heyvanların müalicәsi azef fektlidir, donuzların müalicәsi işlәnilmә mişdir. E.e. törәdicisinin tәsәrrüfata kәnardan gәtirilmәsinin qarşısını almaq üçün 1 aylıq karantin qoyulur; donuzlar kultural canlı virus-vaksinlә peyvәnd olunur. E.e. hallarının baş vermәsi zamanı xәstә vә xәstәlәnmәsi şübhә doğuran xәzli heyvanları ayırır vә hiperimmun zәrdabla müalicә edirlәr; qışda bu heyvanlar xәz almaq mәqsәdilә kәsilir. Donuzların E.e. xәstәliyi aşkarlanan tәsәrrüfatların bütün heyvanları öldürülür. Xәstәliyin yoluxması şübhә doğuran donuzların әti konserv, yaxud bişmiş kolbasa hazırlığına verilir. Xәstә heyvanların cәsәdi vә kәsimdәn sonra tullantıları mәhv edilir.