EOL ÇÖKÜNTÜLƏRİ – külәyin fәaliyyәti nәticәsindә toplanan qumlu vә gilli (löss) çöküntülәr. E.ç.-nin ilkin materialı sü xurların aşınma mәhsulu vә müxtәlif mәnşәli (dәniz, çay, göl vә s.) qumlardır. Eol aşınmasının dәrәcәsi vә xarakterindәn asılı olaraq daşınmamış vә daşınmış (sovurulmuş) qum çöküntülәrini ayırırlar. Ana süxurlarla әlaqәsini itirmәmiş birincilәr daha geniş yayılmışlar vә bunlar üçün nisbәtәn iri fraksiyalar (1–0,25 mm) vә ağır minerallarla zәnginlәşmә sәciyyәvidir; bir sıra faydalı qazıntıların sәpinti yataqları (mәs., Böyük Sәhra vә Floridada nadir metal minerallarının sәpintilәri) mәhz bu çöküntülәrlә әlaqәdardır. Daşınmış qum çöküntülәri isә xırda dәnәlәr (0,25–0,1 mm) vә yüngül mineral fraksiyaları ilә zәngindir. E.ç. әsasәn arid vil.-lәrdә yayılmışdır; digәr tәbii zonalarda da rast gәlinir. Bu çöküntülәr müxtәlif akkumul yativ relyef formaları (dün, barxan, barxan tirәlәri vә s.) әmәlә gәtirir. E.ç. (xüsusilә qumlar) sәhralarda (Böyük Sәhra, Tәklә-Mәkan, Qobi, Qızılqum, Qaraqum) daha geniş, dәniz sahillәri, böyük çay yataqları vә göldәrә çuxurlarında isә qismәn yayılmışdır. Eol qumları k.t.-na böyük ziyan vurur; әkin sahәlәrini, suvarma kanallarını vә yolları basır. Löss qurunun 10%-ini örtür vә mәhsuldar torpaq hesab edilir.