EOL RELYEF FORMALARI – әsasәn arid iqlimli әrazilәrdә (sәhralar, yarımsәhralar) külәyin tәsiri altında әmәlә gәlәn relyef formaları; kasad bitki örtüyünә malik dәniz, göl vә çay sahillәrindә dә rast gәlinir. Qum hissәciklәrinin külәklә daşınaraq çökmәsindәn yaranan a k k u m u l y a t i v vә a k k u m u l y a t i v - d e f l y as i o n r e l y e f f o r m a l a r ı vә külәyin aşındırdığı qırıntı mәhsullarının sovrulmasından yaranan d e f l y a s i o n r e l y e f f o r m a l a r ı daha geniş yayılmışlar. E.r.f.-nın morfologiyası vә ölçüsü әsasәn külәyin rejimindәn (külәyin gücü, tәkrarlanma tezliyi, istiqamәti vә axının strukturundan),
bitki örtüyündәn, ovuntunun nәmlәnmә dәrәcәsindәn, hәmçinin altda qalan relyefin xarakterindәn asılıdır. Akkumulyativ vә akkumulyativ-deflyasion relyef formaları bir qayda olaraq mövsümә xas külәklәrin istiqamәtindә hәrәkәt edir (ildә onlarla m-әdәk). Sәhralarda ölçülәrinә görә müxtәlif kateqoriyalı relyef forma larının (hünd. mm-in hissәlәrindәn 0,5 m-әdәk, yalları arasındakı mәsafә bir neçә mm-dәn 2,5 m-әdәk olan xırda qum dalğalarından, hünd. 500 m-ә çatan barxan piramidalarınadәk) bir-birinin üzәrinә gәlmәsi xarakterikdir. Mülayim qurşağın sәhralarında bitki örtüyü relyefәmәlәgәlmәnilәngidir; әn iri E.r.f.-nın hünd. 60–70 m-ә ancaq çatır. Akkumulyativ vә akkumulyativ-deflyasion E.r.f.-nın yaranmasında coğrafi zonallıq müşahidә olunur; belә ki, çılpaq yüngülhәrәkәtli qum formaları tropik ekstraarid sәhralar (Böyük Sәhra, Ərәbistan y-a, İran, Əfqanıstan, Tәklә-Mә kan sәhraları), yarıkolbasmış zәif hәrәkәtli formalar tropikdәnkәnar sәhralar (Orta Asiya, Cunqariya, Monqolustan, Avstraliya sәhraları), bitki örtüklü, әsasәn, hәrәkәtsiz dün formaları sәhradan kәnar әrazilәr (Avropa, Qәrbi Sibir, Şimali Amerikanın qәdim buzlaq vil.-lәri) üçün sәciyyәvidir. Akkumulyativ vә akkumulya tiv-defl yasion E.r.f.-nın külәk rejimindәn asılılığı barәdә dәqiq tәsnifata bax Barxan vә Dün. Deflyasion relyef formalarına çuxurlar, oyuqlar, yardanqlar, şәbәkәli, yaxud şanaoxşar qayalar vә s. aiddir.