EOLİYALILAR (yun. Αίολεΐς) – qәdim yunan tayfalarının әsas qruplarından (ioniyalılar vә dorilәrlә yanaşı) biri. E.-ın mәskunlaşdığı ilk mәrkәzin Şәrqi Fessaliyada yerlәşdiyi ehtimal olunur. Onlar e.ә. 2-ci minilliyin sonunda Fessaliyanın digәr әrazilәrindә vә Beotiyada, sonralar Kiçik Asiyanın şm.-q. hissәsindә (Eolida adlandırılmış vil.-dә) vә ona yaxın adalarda (Lesbos vә Tenedos) mәskunlaşmışdılar. Eolida vә qonşu adalar, Fessaliya vә Beotiya sa kinlәri Eoliya dialektinin müxtәlif şivәlәrindә danışırdılar. E.-ın Kiçik Asiya sahillәrindә yerlәşmәsi, onların yerli tayfalarla mübarizәsi Homerin “İliada” poema -
sında әksini tapmışdır.