EONOTÉM – ümumi stratiqrafik şkalanın әn böyük bölgüsü; Eon әrzindә yaranmış süxurları әhatә edir. Hәr bir E. Yerin geol. inkişafında qonşu etapdan dәrinlik quruluşuna, litosferinә, hidrosferinә, atm.-inә vә üzvi alәminә görә kәskin fәrqlәnir. Beynәlxalq stratiqrafik şkalada Fanerozoy E.-ini (Paleozoy, Mezozoy vә Kaynozoy eratemlәrini birlәşdirir) vә Kembriyәqәdәr E.-ini (Eoarxey, Paleoarxey, Mezoarxey, Neoarxey, Paleoproterozoy, Mezopro terozoy, Neoproterozoy eratemlәrini birlәşdirir) ayırırlar.