EOSÉN ŞÖBƏSİ, E o s e n (eos...+ yun. καινός – yeni) – Paleogen sisteminin orta şöbәsi. İlk dәfә 1833 ildә ingilis alimi Ç.Layel tәrәfindәn ayrılmışdır. Adı heyvanat alәminin yeni formaları olan mәmәlilәrin meydana gәlmәsi ilә әlaqәdardır. E.ş. alt, orta, üst yarımşöbәlәrә bölünür; mәrtәbә bölgüsü yerli xarakter daşıyır. Qәrbi Avropa vә Krım-Qafqaz vil. üçün mәrtәbә bölgüsü eynidir: İpr, Lütet, Barton, Priabon. Çöküntülәri Rusiyanın Avropa hissәsinin c.-unda, Qәrbi Sibirdә, Orta Asiyada, Uzaq Şәrqdә, Krımda, Qafqazda (o cümlәdәn Azәrb.-da Böyük Qafqazda vә Kiçik Qafqazda) yayılmışdır. Azәrb.-da Kiçik Qafqazda vulkanogen süxurlardan, Naxçıvan MR-dә vulkanogen-çökmә vә tufogen süxurlardan, Böyük Qafqazda qum daşı, alevrolit vә mergel araqatları olan mergelli gillәrdәn, Talışda bazalt, tufbrekçiya vә tuf-konqlomeratlardan ibarәtdir. Xarakter faunası foraminifer vә mol yusklardır.