EOZİNOFİLLƏR (eozinlәr vә yun. φιλεο – sevirәm) – onurğalı heyvanların vә insanın hüceyrәlәri; sitoplazmasındakı dairәvi dәnәvәr strukturlar turş rәnglәyicilәrlә (o cümlәdәn eozinlә) rәnglәnir. Qanın E.-i sümük iliyindә yaranıb yetişir. Onlar sağlam adamın periferik qan leykositlәrinin 3–4%-ni tәşkil edir; bu sәviyyә hipofiz – böyrәküstü vәzilәrin qabığı sistemi ilә tәnzimlәnir. E.-in әsas funksiyaları allergiya reaksiyaları zamanı histamin inhibitorun (E1 vә E2 prostaqlandinlәri) azad olması ilә әlaqәdar müdafiә rolunu oynamaqdan, faqositar aktivlikdәn vә s. ibarәtdir. Periferik qanda E.-in faizlә miqdarının, yaxud mütlәq sayının artması eozinofiliya adlanır vә ifadә dәrәcәsindәn asılı olmayaraq, eyni qaydada reaktiv xarakter daşıyır. Eozinofiliya müxtәlif, o cümlәdәn orqanizmin parazitlәrә (mәs., helmintozlar zamanı), dәrman vә qida allergenlәrinә sensibilizasiyası ilә әlaqәli olan allergik reaksiyaları vә xәstәliklәri (bax Allergiya) müşayiәt edir. Toxumalarda E.-in böyük miqdarda toplanması – eozinofil infiltratları müxtәlif orqanlarda (әsasәn ağ ciyәrlәrdә) hәm qısa müddәtli reaksiyalar (“uçucu” infiltratlar), hәm dә ağır xәstәliklәr (eozinofil pnevmoniya, miokarditlәr, vaskulitlәr, meninqoense falitlәr) formasında meydana çıxır. Qanın yüksәk eozinofiliyası bir sıra digәr xәstәliklәr zamanı da müşahidә edilir. Bәzi hallarda, qanın eozinofiliyası ilә üzә çıxan xәstәliyin tәbiәtini müәyyәnlәşdirmәk mümkün olmur. O, praktiki sağlam adamlarda da aşkarlana bilәr (konstitusion eozinofiliya). Hipofizin ön payının hüceyrәlәrinin bir növü (oksifil hüceyrәlәr) dә E. adlanır.