Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    EPAMİNOND

    EPAMİNÓND (Έπαμεινώνδας; tәqr. e.ә. 418, Fiva – e.ә. 362, Mantineya) – qәdim yunan sәrkәrdәsi, siyasi xadim. Yoxsullaşmış әsilzadә ailәsindәn olan E. pifaqorçu filosof Lisidin rәhbәrliyi ilә mükәmmәl tәhsil almışdı, mahir natiq idi. E.ә. 379 ildә Pelopidlә birlikdә Fivada spartalılar әleyhinә demokratik çevrilişә başçılıq etmişdir. Fivanın rәhbәrlik etdiyi Beotiya ittifaqı vә Spartanın rәhbәrlik etdiyi Peloponnes ittifaqının Yunanıstanda ağalıq uğrunda apar dıqları Beotiya müharibәlә rindә (e.ә. 378–362) dәfәlәrlә beotarx (Beotiya ittifaqının 7 әsas vәzifәli şәxslәrindәn biri) seçilmiş vә ordu komandanı tәyin edil mişdir. Levktra yaxınlığındakı vuruşmadan (e.ә. 371) vә E.-un Peloponnesә 3 hәrbi yürüşündәn (e.ә. 370, 369, 367) sonra Sparta zәiflәmiş, Peloponnes ittifaqı dağılmışdı. E.-un yaratdığı Fiva donanması Xios, Rodos adalarını vә Bizans ş.-ni fәth etmişdi. E.-un hәrbi uğurlarını onun sәrkәrdәlik qabiliyyәti vә Fiva qoşununun yaxşı hәrbi hazırlığı şәrtlәndirirdi. E.-a qәdәr ağır piyadalar döyüş üçün bir xәtt üzrә müntәzәm düzülürdülәr (falanqa). Hәmlә paralel cәbhә boyu aparılırdı. Levktra yaxınlığındakı vuruşmada E. qüvvәlәrinin sayı düşmәnә nisbәtәn az idi. Qüvvәlәrin cәbhә boyu müntәzәm yerlәşdirilmәsindәn imtina edәn E. qoşunun zәrbә dәstәsini әsas hәmlә istiqamәtindә cәmlәşdirmiş vә “әyri hücum”a keçmәklә tam qәlәbә qazanmışdı. Mantineya yaxınlı ğındakı döyüşdә (e.ә. 362) E. әvvәlki taktikasını daha da inkişaf etdirәrәk (qoşunun zәrbә dәstәsinin süvari hissәsi vә yüngül piyadalarla qarşılıqlı әlaqәsini yaradaraq) yenidәn qәlәbә çalmış, lakin aldığı yaradan ölmüşdür.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç