EPANAQÓQA (yun. Έπαναγωγή τοΰ νόμου) – 9 әsrin sonlarına (879 ildәn sonra) aid Bizans qanunları külliyyatı; imperator I Vasilinin, onun oğulları Lev vә Alek sandrın adından tәrtib olunmuşdu. E.-nın kompilyativ sәciyyәli böyük hissәsi Roma vә Şәrq hüququna әsaslanan Proxiron vә Ekloqanın bir çox normalarını ehtiva edirdi. Dövlәtlә kilsә münasibәtlәrini müәyyәnlәşdirәn yeni müddәalar sonralar kilsә hüququnda geniş istifadә olundu.